AZAL-dan növbəti biabırçılıq - İşçidən şikayət edən qadını yoxladılar

Son illər Azərbaycanda ən çox tənqid olunan şirkətlərdən biri olan "Azərbaycan Hava Yolları”yla (AZAL) bağlı sərnişinlərin şikayəti durmadan artır. “Qafqazinfo” xəbər verir ki, qadın müştərilərdən biri Feysbuk hesabında şirkət işçisinin fəaliyyətindən narazılığını ifadə edib. “AZAL şirkətinə məxsus Bakı-Naxçıvan təyyarəsi dünən üçüncü reys üçün 9 saat, daha iki reys üçün 7 ve 5 saat gecikdi. Yaxınlaşıb səbəbini soruşanda şirkətin tərbiyəsiz işçisi cavab verir: “Xoşun gəlmir, Türk Hava Yolları ilə İstanbuldan uç”.
Şikayət etmək istəyəndə cavab verir: “Siz AZAL rəhbərliyinə heç nə deyə bilmərsiniz. Əla şirkətdir, rəhbərlik isə sizə görə yuxusundan olmamalıdır”.
Şikayət etdiyimə görə məni təhlükəli şəxs adlandırdılar, xüsusi yoxladılar. Təhlükəsizlik xidmətinin rəhbəri isə dedi ki, mənim onlara söz deməyə ixtiyarım yoxdur. Bir ölkədə əsas hava nəqliyyatı şirkəti işçilərini "Məmmədin qohumu" prinsipi ilə işə götürəndə ona söz də deyə bilmir. AZAL-ın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Paşa bəy isə bütün suallara cavab olaraq hamını sayta yönəldir”.


Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












