AZAL-ın aeroportda oyunu davam edir - FOTOLAR

Martın 28-i səhər tezdən “AZAL” avioşirkətinə aid bütün təyyarələr uçuşlarını köhnə qrafikə uyğun reallaşdırıb. Bu barədə sərnişinlərdən biri Bizimyol.info-ya məlumat verib. Başqa bir sərnişin Emin Abdullayev isə AZAL avioşirkətindən əvvəlcədən Nyu-York-a bilet alıb. Bu gün səhər təyyarənin havaya qalxacağı vaxtdan bir saat əvvəl hava limanına gəlib. Ona deyiblər ki, sizin təyyarə artıq havadadır. Səbəb isə odur ki, ölkəmizdə saatlar çəkilməyib. Amma AZAL saatları çəkib. Yəni AZAL ölkənin verdiyi qərarlarla işləmir. Öz kefi ilə işləyir. Bu gün təkcə Emin Abdullayevin deyil xeyli insanın başına belə hadisə gəlib. Onların bir qisminin problem həll olunsa da, həmsöhbətimizə bildirilib ki, ona kampensasiya olaraq bilet yalnız aprelin ikisinə verilə bilər. Bu gün səhər isə az qala ölkədə il yarımdır müzakirə olunan saatlar irəli-geri çəkilməyəcək məsələsindən sonra o boyda “AZAL”ın və bu boyda Cahangir müəllimin saatların nə irəli, nə geri çəkilməyəcəndən xəbəri olmayıbsa, hamı çəkilib dursun qıraqda, meydan Azərbaycan hökumətinin olmalıdır. Yəni bu ölkənin zamanla işləyən, zamandan başqa heç nə sələhiyyətinə daxil olmayan, zamanın onun üçün həm də pul demək olduğunu vecinə almayan, insanlarla sayğısız davranan bu yekəlikdə məmuru, iş adamı, dövlət rəsmisi varsa, gör biz nə gündəyik!..
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ















