Azərbaycana xaricdən uçuşların sayı20%-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 41 ölkədən 22 446 aviareys təşkil olunub.
Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 3 651 aviareys (19,4 %) çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 6 614 reys. Bu da 1 il əvvələ nisbətən 13,7 % çoxdur.
Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 4 917 uçuş olub ki, bu da illik müqayisədə 3,2 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 629 reyslə (+35,5 %) daxil olub.
TOP-10-luğa həmçinin Gürcüstan 1 687 reyslə (+ 27,1 %), Qazaxıstan 730 (+ 7,6 %), Səudiyyə Ərəbistanı 697 (- 11,4 %) , Hindistan 554 (+4 dəfə), Qətər 489 (+ 58,7 %), Özbəkistan 359 (- 29,6 %) və Küveyt 353 reyslə (+ 14,2 %) daxildir.
İndiyə qədər ilk 10-luqda olan İsrail (334 aviareys, +14,7 %) 11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.
Təkcə oktyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 6 % artaraq 2 101 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 656 uçuş olub ki, bu da illik müqayisədə 4 % çoxdur.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











