Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr hansılardır?

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Instagram" olub. Avtosfer.az bu barədə “StatCounter”a istinadən xəbər verir. Bu dövrdə "Instagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 34,01% təşkil edib. Bu isə cari ilin iyun ayı ilə müqayisədə 1.94 faiz bəndi çox, 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 4,15 faiz bəndi azdır. İstifadəçi sayına görə, ikinci yerdə 31,73% payla "Facebook" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 5,65 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 8,85 faiz bəndi çox olub. Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 15,31% payla "Youtube" olub. Bu, iyun ayı ilə müqayisədə 5,26 faiz bəndi az, illik müqayisədə 4,13 faiz bəndi çoxdur. Ötən ay "X" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 2,58 faiz bəndi, illik 0,4 faiz bəndi azalaraq 7,1%-ə çatıb. Dövr ərzində "X" sosial şəbəkəsi istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb. Ötən ay "Pinterest" sosial şəbəkəsi siyahıda 5-ci yerdə qərarlaşıb. Şəbəkənin ölkəmizdəki bazar payı aylıq 0,08 faiz bəndi artıb, illik 7,78 faiz bəndi azalıb. İstifadəçi sayına görə, altıncı yeri 2,56% payla "Reddit" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,19 faiz bəndi azaldıb, illik 0,38 faiz bəndi artırıb. İyul ayında "Linkedin" sosial şəbəkəsi 1,18% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 0,18% artıb, illik 0,23% azalıb.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












