Azərbaycanda icra hakimiyyətləri ləğv olunacaq? - ŞOK AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də, bütövlükdə ölkəyə tətbiq oluna bilər. Cənab Prezident əlavə edib ki, “çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, cənab Prezidentin bu açıqlaması yerli idarəetmə strukturunun təkmilləşdirilməsinin davam etdirləcəyi baxımından vacib bəyanatdır: "Paytaxt ilə regionlar arasında iqtisadi fərqin minimumlaşdırılması üçün yerli idartəetmə sistemində islahatların davam etdirilməsi aktual məsələlərdəndir. Regionlarda formalaşdırılan infrastrukturun daha çox dəyərə çevirlməsi üçün struktur islahatların rolu heç də az deyil. Aydındır ki, yeni dövrün yeni tələbləri var. Bu tələblər isə struktur islahatları nəticəsində bögələrimizə daha çox sərmayənin cəlb edilməsini aktuallaşdırıb. Hazırda Azərbaycan 14 iqtisadi rayon var. Bununla belə, Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si respublika tabeli rayon). Göründüyü kimi, rayonların sayı iqtisadi rayonların sayından 5.4 dəfə çoxdur.
Bütün bunlar kontekstində isə, cənab Prezidentin rəhbərliyi ilə struktur və institutsional islahatların davam edəcək. Bu isə Azərbaycan üçün yeni dövrün yeni hədəflərinə uyğun olaraq yeni idarəetmə modeli deməkdir".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












