Banner

Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər

Xəbərlər 28 Oktyabr 2026 14:53
Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda ictimai nəqliyyat sahəsində elektriklə işləyən nəqliyyat vasitələrinin şarj olunmasında bərpa olunan mənbələrdən istifadə edilməsi pilot layihələr olaraq tətbiq oluna bilər.

Avtosfer.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbərinin müavini Fərman Qurbanlı bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.

Onun sözlərinə görə, enerjidən daha səmərəli istifadə yanma nəticəsində yaranan emissiyaları azaltmağa imkan verəcək ki, bu da öz növbəsində 7-ci Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir: " Ölkədə metanın atmosferə birbaşa buraxılması nəticəsində yaranan emissiyanın azaldılması üçün əməliyyat prosesləri təkmilləşdiriləcək və daha səmərəli texnologiyalar tətbiq olunacaq".

O qeyd edib ki, avadanlıqlarda və boru kəmərlərində sızmaların aşkarlanması və aradan qaldırılması, emissiyaların kompensasiyası üzrə proqramların hazırlanması, meşələrin bərpası və bərpa olunan enerji layihələri vasitəsilə istixana qazlarının azaldılması da görüləcək işlər arasındadır.

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh