Azərbaycanda internet provayderi cərimələndi

Ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (Agentlik) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin qanunvericiliyə uyğun uçota alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, qanunvericiliyin tələbinə əsasən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmalıdır.
“Classnet” Məhdud Məsuliyyətli Cəmiyyətinin uçota alınma üçün təqdim etdiyi sənədlərdən Cəmiyyətin bu tələbi vaxtında yerinə yetirmədiyi müəyyən olunub. Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cəmiyyət barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Agentlik internet telekommunikasiya xidməti göstərən operator və provayderləri uçota durma qaydalarına riayət etməyə çağırır və bu istiqamətdə operator və provayderlər üçün mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirməklə metodoloji və texniki dəstək göstərir. Telekommunikasiya operatorları və provayderləri üçün sözügedən sahə üzrə çətinlik yarandığı halda, Agentlik səlahiyyətləri çərçivəsində kömək etməyə daim hazırdır.
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












