Azərbaycanda şok olay - Bank əməkdaşları müştərini döydü

Zabrat qəsəbə sakini Rasim Budaqov “Bank BTB”-nin əməkdaşları tərəfindən döyülüb. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı müraciət edən R.Budaqov bildirib ki, 2015- ci ilin sentyabrında yoldaşının əməliyyat olunması üçün sözügedən bankdan 2000 dollar kredit götürüb: “Hər ay 161 dollar yəni 170 manata qədər kredit qaytarırdım. Devalvasiyadan sonra isə aylıq borc artdı. Mən yenə də hər ay əvvəlki şəkildə, yəni 161 dollar borc ödəyirdim.
Ötən gün bankın əməkdaşı mənə zəng edib borcumu ödəmədiyimi dedi. Dedim ki, sistemə yaxşı baxın, əvvəlki qaydada ödəmişəm. Zəng edən şəxs mənlə kobud davrandı, olduğum ünvanı soruşdu. Üstündən 1 saat keçəndən sonra 5 nəfər bank əməkdaşı Zabratdakı dükanıma gəldi. 1 nəfər arxadan əllərimi tutdu. Zəng edən şəxs də məni vurdu. Sonra çıxıb getdilər.
Həmin şəxs polisə şikayətçi olmamağı bizdən istədi. Dərhal 102-yə zəng etdim. Ekspertizaya da getmişik. Hər ay kreditimi ödədiyim halda niyə bank əməkdaşı tərəfindən döyülməliyəm? Bu müştəriyə qarşı haqsızlıqdır”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












