"Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək" - Qırğızıstan Prezidenti

2027-ci ildə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət başçılarının Məşvərət görüşündə Azərbaycanın sədrliyi birgə işimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevi Məşvərət görüşündə ilk sədrliyi qəbul etməsi münasibətilə təbrik edən Sadır Japarov vurğulayıb: “Əminəm ki, Azərbaycanın sədrliyi birgə işimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək”.
O əlavə edib: “Qırğız Respublikası lazımi dəstəyi göstərməyə və Azərbaycanın sədrliyinin prioritetlərinin uğurla həyata keçirilməsinə kömək etməyə hazırdır”.
Turizm əməkdaşlığının inkişafından danışan Sadır Japarov Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin turizm potensialının bir-birini tamamladığını vurğulayıb.
Sadır Japarov qeyd edib: “Tarixi şəhərlər, dağ və Xəzər marşrutları, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanı cəlbedici səyahət məkanları kimi tanıtmaq üçün səyləri birləşdirməyə imkan verir.
Qırğızıstan Prezidenti “bir səfər - bir neçə ölkə” prinsipi əsasında əməkdaşlığı inkişaf etdirməyi, ölkələrin görməli yerlərini birgə turizm marşrutlarında birləşdirməyi təklif edib.
O, həmçinin Azərbaycanın Qırğızıstanın vahid turist vizasının tətbiqi təşəbbüsünü davamlı dəstəkləyəcəyinə ümid etdiyini bildirib və Xarici İşlər nazirliklərinə onun tətbiqi üçün konkret mexanizmlər hazırlamağı tapşırmağı təklif edib.
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA












