Bağça rəhbərini təhqir edən məktəb direktoru cərimələndi

Astara rayonunda vəzifəli şəxslər arasındakı mübahisə inzibati xətanın törədilməsi ilə nəticələnib.
Avtosfer.az xəbər verir ki, rayonun Burzubənd kəndindəki məktəbin direktoru 1987-ci il təvəllüdlü Z.Rəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Bildirilib ki, məktəb direktoru övladını aylıq 180 manat ödənişlə Astara şəhərindəki “Məryəm Kids” bağçasında loqopedik təlimə yazdırıb. Lakin təlimi keçməli olan mərkəzin əməkdaşı bir müddət sonra işdən çıxıb və göstərdiyi xidmət yarımçıq qalıb.
Bundan sonra məktəb direktoru mərkəzin təsisçisi və direktoru olan şəxslə əlaqə saxlayaraq verdiyi pulu geri tələb edib və qarşı tərəf ödənişin 70 faizini geri qaytaracağına söz verib. Lakin razılaşdırılmış vaxtda pul qaytarılmadığ üçün Z.Rəfiyev bağçaya gedərək orada səs-küy salıb, direktoru söyərək təhqir edib.
Bağça rəhbərinin şikayətindən sonra Z.Rəfiyev barəsində protokol tərtib edilib.
Astara Rayon Məhkəməsinin dünən çıxardığı qərarla məktəb direktoru 50 manat cərimə edilib.
(qafqazinfo)
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO












