Bakı metrosunda təhlükəli qadın - FOTO

Tanınmış jurnalist Aynur Elgünəş sosial şəbəkədə metroda əqli çatışmazlığı olan bir qadınla yaşadığı problemdən yazıb. Bu kimi halların tez-tez yaşandığını vurğulayan jurnalist əqli çatışmazlığı olan insanların sərnişinlərin təhlükəsizlik baxımından ictimai nəqliyyata buraxılmamalı olduğunu bildirib: “Bu qadın icazə vermir yanında kimsə otursun. Qatara minəndə bilmədim, boş yer görüb oturmaq istədim. Necə itələdisə, az qala yıxılmışdım. Məndən sonra oturmaq istəyən başqa bir kişinin də boynunun arxasından yapışıb durquzdu. Diktor danışdıqca möhkəmdən söyür, qapı açılanda "ört qapını" deyib qışqırır. Qadın sərnişinlərdən biri dedi ki, onunla tez-tez rastlaşır. Hətta bir dəfə metroda telefonunda oyun oynayan bir qıza qəflətın necə şillə vurubsa, ürəyi gedib. Metro polislərinin də hamısı onu tanıyırmış. Bəs o zaman bu cür aqressiv xəstəni niyə ictimai nəqliyyata buraxırlar?”.
Məsələylə bağlı Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Katib bildirib ki, əqli çatışmazlığı olan insanların metrodan istifadəsinə hər hansı bir qadağa qoyulmayıb. Ancaq onlar asayişi pozduqları təqdirdə, sərnişinlər yaxınlıqdakı mühafizəni həyata keçirən polislərə müraciət edə bilər: “Biz sərnişindaşıma ilə məşğuluq, hüquq mühafizə orqanı deyilik. Sərnişin ictimai asayışı pozduğu təqdirdə cərimə və ya cəzayla bağlı mühafizə orqanları bir iş görə bilər. Ancaq yenə də belə bir hal baş verdikdə, sərnişinlər mertoda mühafizəni həyata keçirən polis əməkdaşlarına yaxınlaşa bilər. Metropolitendən istifadə etmə qaydaları var ki, orada əqli çatışmazlığı olan insanların metrodan istifadəsinə hər hansı bir qadağa qoyulmayıb. Sadəcə üstü həddindən artıq çirkli olanlara icazə yoxdur, bunun da səbəbi digər sərnişinlərin üstünü çirkləndirmə ehtimalıdır. Polislərin isə həmin qadını tanıdığı iddia olunur, biz bilmirik, onlar tanıyır, ya yox. Bir daha deyirəm, belə hallar yaşandıqda, sərnişinlərə polis əməkdaşlarına müraciət etməyi məsləhət görürük. Bu zaman lazimi tədbirlər görüləcək”.
Qeyd edək ki, xeyli sayda sosial şəbəkə istifadəçisi bəhs edilən qadınla bir neçə dəfə qarşılaşdığını bildirib.
“Qafqazinfo”
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













