Banner

Bakı-Qəbələ elektrik avtomobillərinin yarış-festivalı - FOTO

Xəbərlər 9 Noyabr 2024 17:50 Oxunub 272
Bakı-Qəbələ elektrik avtomobillərinin yarış-festivalı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi məqsədilə Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) sılsilə tədbirlər həyata keçirməkdədir. Bunlardan Bakı-Mingəçevir və Bakı-Qobustan marşrutları ilə «Yaşıl ölkə» ekoloji avtomobillər yürüşlərini, «Avto-Eko» elektrik avtomobillər sərgilərini misal gətirmək olar. Bu layihənin davamı olaraq, yayın sonun da elektromobillərin Bakı-Nabran yarış-festivalı gerçəkləşdirildi. Nəticələr göstərdi ki, bir dolu batareya ilə populyar istirahət zonasına nəinki çatmaq, hətta geriyə dönmək də mümkündür. AADA bu dəfə marşrutu daha 100 km uzatmağı qərara aldı. Beləki, elektromobillər arasında ilin son yarışı Bakı-Şamaxı-Ağsu-İsmayıllı-Qəbələ  marşrutu ilə baş tutdu. AAADa-nın İdarə Heyətinin sədri Natiq Zərbəli bu tədbir barədə açıqlama verdi: 

Yollarımızda elektrik avtomobilərinin sayı getdikcə artmaqdadır. Statistikaya görə ilin əvvəlindən ölkəmizə 2500 yaxın elektromobil idxal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6-7 faiz artım müşahidə olunur. Əslində artım sürəti daha iti ola bilərdi. «0» emissiyalı nəqliyyat vasitələrinin idaxlında mövcud olan vergi güzəştləri buna şərait də yaradır. Buna baxmayaraq, enerji doldurma infrastrukturunun ilkin inkişaf səviyyəsində olması əhalini elektromobil almaq fikrindən çəkindirir. Hələdə «enerjim bitər, yolda qalaram» kimi xof hissi bizi narahat edir. Lakin şəxsən mən məşhur səyahətçi Rafael de Mestre ilə görüşdən sonra fikrimi dəyşdim. 
Xatırladım ki, bu ispaniyalı volonter elektromobil ilə 80 gün ərzində dünya səyahətinə çıxmışdı və marşrutu Azərbaycandan keçirdi. Özünü Jül Vernin “80 gün dünya ətrafında” əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına qoydyğu hədəflərə çatdı və bütün dünyaya sübut etdi ki, harada elektrik lampası yanırsa, oradan elektromobil keçə bilər.

«Ekologiya naminə həmrəylik ilində» və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bir həftə qalmış ekoliji avtomobil karvanının səyahəti simvolik məna daşıyırdı. Bu sürət yox, təmiz enerji yarışı idi. İştirakçılar enişli-yoxuşlu yollar ilə 300 km məsafə qət edərək, batareyalarında maksimum enerji ehtiyatı saxlamalı idilər. Ekspertlər qismində ən populyar avtobloqerləri dəvət etmişdik. Əlbəttə bu tədbir daha çox yarış yox, festival xarakteri daşıyırdı. Məqsədimiz ən yeni elektrik modellərinin nümayişi idi. Eyni zamanda sübut etdik ki, elektromobillərlə Azərbaycanın istənilən guşəsinə rahat səfər etmək mümkündür. 

O ki, qaldı nəticələrə: birinci yeri Kia EV9 modeli tutdu, bu model finişə çatanda, batareyalarında 45 faiz enerji qalmışdı. İkinci yerə GAC Aion S Max, üçüncü yerə Kia EV6 yüksəldilər. Hakimlər bütün digər iştirakçıları 4-cü yerə layiq bildilər, çünki onlar bir dolu batareya ilə Qəbələ şəhərinə çataraq, yarışın əsas tapşırığını yerinə yetirmişdilər.     

Ənənəvi olaraq, iştirakçıların səhər qəlyanaltısı və yarışın startı Baku Auto Mall-da təşkil olunmuşdu. Marşrutun son nöqtəsi - Qəbələ Atıcılıq Klubunda qayğıkeş personal tərəfindən yarışçıların komfortlu istirahəti və əyləncəsi üçün yüksək səviyyəli şərait yaradılmışdı. Nəticələrin elan edilməsi, mükafatlandırma mərasimi və qala-şam yeməyi «Qafqaz» otellər şəbəkəsinə daxil «Tufandağ» kompleksində, «Savalan» şərab zavodunun dəstəyi ilə baş tutdu. Yarışın keçirilməsində bizə dəstək olmuş AADA-nın daimi tərəfdaşlarına - Amsoil, Vinportal, Carscharge və Bizon brendlərinə təşəkkür edirəm. 

«Elektrik avtomobil ilə nəinki Azərbaycanın, hətta dünyanın istənilən bölgəsinə səyahət etmək olar, sadəcə elektromobil planlamanı sevir. Yola çıxmazdan əvvəl marşrutu hesablamalı və sürət rejimini dəqiq seçməlisən» - bu sözləri yarışdan sonra hakimlərdən biri, elektromobil sahibi və tanınmış bloqer İlkin Mustafayev söylədi. 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh