Bakı-Sumqayıt yolunda yanan marşrut avtobusu belə söndürüldü - VİDEO

Saray qəsəbəsi ərazisindən keçən hissəsində yanan marşrut avtobusu söndürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bu ölkədə yeni avtomobil almırlar: Səbəbi isə çox maraqlıdır
Qeyd edilir ki, "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
"Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan yoxdur", - deyə bildirilib.
***13:23
Bakı-Sumqayıt yolunun Abşeron rayonunun Saray qəsəbəsi ərazisindən keçən hissəsində marşrut avtobusu yanır.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt-Ceyranbatan marşrutu üzrə 9 saylı marşrut xəttində hərəkətdə olan avtobusda Saray postu yaxınlığında qəfil nasazlıq yaranıb və avtobusda yanğın başlayıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:













