Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bu gün Bakının ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq təşkil olunacaq.
Bu barədə Avtosfer.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq.
Paytaxt üzrə monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın IV sinif şagirdi biliyini sınayacaq.
IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı və 5 açıq sual əqdim olunacaq. IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə vaxt veriləcək.
Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxuyub-anlama, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən isə insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, ətraf mühit və biz, qüvvə və hərəkət məzmun xətlərini əhatə edəcək.
Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Qeyd edək ki, cari ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7 279 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












