Bakıda avtobus hər an partlaya bilər - TƏHLÜKƏ + VİDEO

Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir. Bu barədə admiral.az-ın redaksiyasına da etirazlar gəlib. Şikayətlərin əsasını sürücülərin mədəniyyətsizliyi, maşını təhlükəli idarə etməsi, sərnişinlərlə kobud rəftarı və içi adamla dolu olan avtobusu yanacaqdoldurma məntəqəsinə salmağı təşkil edir. Şikayətçilər bildirirlər ki, qanunla qadağan olmasına baxmayaraq, sürücülər içərisi adamla dolu maşınla yanacaqdoldurma məntəqələrinə girir. Hətta çox vaxt sürücü sərnişinlərə yanacaqdoldurma məntəqəsinə girməsi barədə xəbərdarlıq da etmir. Gecə vaxtı isə sürücü avtobusda işıqları söndürür. Səbəbsə kənardan avtobusun içinin görünməməsidir.
Ekspertlər yanacaqdoldurma məntəqələrində sərnişinlərin həyatının təhlükəyə atılması ilə bağlı hər kəsin məsuliyyət daşıdığını düşünür. "Nəqliyyatçıların hüquqi problemlərinə yardım" İctami Birliyinin rəhbəri Məzahir Rüstəmov bildirdi ki, burada birbaşa məsuliyyət sürücünün və yol polisinin üzərinə düşür: “Sərnişin avtobusunda istər 1 nəfər olsun, istər 5 nəfər olsun, istərsə, avtobus sərnişinlərlə dolu olsun, yanacaqdoldurma məntəqəsinə daxil olursa, bu qanun pozuntusudur”.
Ekspert bu problemin daha da qabardılaraq ictimailəşdirilməsinin tərəfdarıdır. Onun fikrincə, bununla həm sərnişinlər, həm yanacaqdoldurma məntəqəsinin işçiləri, həm də yaxınlıqda olan vətəndaşlar mübarizə aparmalıdır. İçərisində sərnişin olan avtobusun yanacaqdoldurma məntəqəsinə girməsi qanunla qadağandır. Sürücülərin bu hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinin kobud şəkildə pozulmasıdır.
Bu tip qanun pozuntularından birinin görüntüsünü təqdim edirik:
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










