Bakıda avtobus qapısı açıq vəziyyətdə sərnişin daşıyır – VİDEO

Marşrut avtobusları ilə sərnişinlərin daşınması sahəsində problemlər qalmaqdadır. Baxmayaraq ki, müxtəlif tədbirlər görülür. Paytaxtın mərkəzi hissələrində əhaliyə müasir avtobuslar xidmət göstərsə də, Bakının ətrafındakı qəsəbələrin əhalisi onlar qədər şanslı deyillər. Bu barədə Avtosfer.az report-a istinadən xəbər verir. Binəqədi ərazisindən Şərifzadə küçəsinə kimi hərəkət edən 165 saylı marşrut avtobusundan istifadə edənlər avtobusların həddən artıq köhnə, natəmiz (xüsusilə hava yağmurlu olanda pəncərədən bayır qətiyyən görünmür) olmasından əziyyət çəkməklə yanaşı, sürücünün avtobusun qapısını açıq qoymasından da kifayət qədər narahatlıq keçirir. Soyuq qış günləri olmasına baxmayaraq, həddindən artıq sərnişin yığan sürücülər qapıları bağlamaqda çətinlik çəkir. Nəticədə sərnişinlər açıq qalmış qapıdan sallanmış formada gedir. Hər dəqiqə təhlükəli vəziyyətin yaranması bir tərəfə, üstəlik, soyuq hava avtobusun içində sərnişinlərin üşüməsinə səbəb olur. Xüsusilə ön tərəfdə oturan və ya ayaqüstə duran sərnişinlərin etiraz səslərinə məhəl qoymayan sürücülər isə “Binəqədi mərkəz” adlanan ərazidən metronun “Azadlıq” stansiyasına qədər qapısı açıq vəziyyətdə gedir.
Xatırladaq ki, martın 10-da A.Mustafayev küçəsində Biləsuvar rayon sakini, 36 yaşlı Nurəddin Salmanov 165 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu ilə piyada yolu keçən Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Esmiralda Zeynalovanı vurub. Piyada hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










