Bakıda Beynəlxalq Nəqliyyat Forumunun iclasları keçirilir - FOTOLAR

Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (ITF) 4-cü rüblük iclasları keçirilir. 4 günlük toplantı çərçivəsində Tədqiqat Komitəsinin iclasları təşkil edilib. İclaslarda 42 üzv ölkə təmsil olunub ki, bu da Komitənin tarixində ən yüksək göstəricidir.
Avtosfer.az xəbər verir ki, Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxışında Azərbaycanın toplantıya ev sahibliyini yüksək qiymətləndirib. Baş katib ITF-in fəaliyyətinə dair hesabat təqdim edib, həyata keçirilən proqramlar, araşdırmalar və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib.
Daha sonra iştirakçılar 2024 – 2025-ci illər üzrə görülən işləri qiymətləndiriblər. Azərbaycan tərəfi ITF-in hesabatının ölkələr üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Həmçinin 2026 – 2027-ci illər üçün Tədqiqat Komitəsinin İş Proqramının layihəsi müzakirə olunub. Üzv ölkələr gələcək tədqiqat istiqamətləri üzrə fikir mübadiləsi aparıblar və prioritet sahələrin müəyyənləşdirilməsinə dair təkliflər səsləndiriblər. İş Proqramında Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentlik dövrü üçün beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafına dair iki tövsiyə təqdim olunur.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












