Bakıda daha bir evakuator «şousu» - Zorla apardılar - VİDEO

Bakıda evakuator sürücüsü, polis əməkdaşı və sürücü arasında daha bir qalmaqal bah verib. Avtosfer.az-a göndərilən videodan məlum olur ki, avtomobil hansısa servisin həyətindədir. Burada 99 YP 277 dövlət nömrə nişanlı Yol-Patrul Xidməti avtomobili də var. Bir qədər sonra isə avtoservisin həyətinə daxil olan evakuator həmin avtomobili götürüb aparmaq istəyir. Avtomobilin sürücüsü orada olsa da, yol polisləri sürücüyə heç nə demədən maşını aparmağa çalışırlar. Hadisənən nə səbəbdən baş verdiyi aydın olmadığı kimi, yol polisinin sürücüyə heç bir səbəb göstərmədən avtomobili evakuasiya etməyə çalışması da başadüşülən deyil. İstənilən halda, sürücü avtomobilin yanındadırsa onun bu şəkildə, yəni, zorla evakuasiya edilməsi düzgün yanaşma deyil.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi bu hadisə aydınlıq gətirəcək. Hadisənin videosunu təqdim edirik:
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ

















