Bakıda dörd tibb müəssisəsi gücləndirilmiş rejimdə çalışacaq - SƏBƏB

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq.
Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq "Yeni Klinika"nın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib. Eyni zamanda yoluxucu xəstəliklərlə bağlı Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, yanıq xəsarətləri üzrə Mərkəzi Neftçilər Xəstəxanasında və zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzdə müvafiq çarpayı fondu ayrılıb.
Tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib. Həmçinin WUF13 ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəlilik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb.
WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları 24/7 fəaliyyət göstərəcək. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulub.
Bununla yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində iştirak edən heyət (həkim, orta tibb işçisi və sürücü) üçün təməl və təkmil həyat dəstəyi üzrə təlimlər təşkil edilib. Eyni zamanda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllüləri üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Təlim proqramları iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib. Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının aparılması qaydaları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə praktiki biliklər verilib.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












