Bakıda evakuator «Opel»i belə sürüdü - VİDEO

Oxuculardan biri Bakıda yol polisinin avtomobili evakuasiya edərkən texniki qaydalara əməl etmədiyini əks etdirən videonu Avtosfer.az-a göndərib. O bildirir ki, videoda DYP-nin evakuatoru «Opel» markalı, 99 FT-341 dövlət nömrə nişanlı avtomobili sürüyərək aparır. Oxucu hesab edir ki, avtomobili bu vəziyyətdə evakuasiya etmək düzgün deyil və nəqliyyat vasitəsinin tormoz sisteminə və digər detallarına mənfi təsir göstərir.
Videonu çəkən şəxs bildirir ki, onun da avtomobilini bir neçə gün əvvəl eyni vəziyyətdə evakuasiya ediblər. Vətəndaşın iradından sonra evakuasiya edənlər «Opel»in arxa təkərlərinin altına «təkərliklər» atır və bu qaydada maşını aparırlar. Bundan əvvəl isə maşını səkidən sürüyərək yola çıxarırlar.
Qanunvericiliyə görə, avtomobilin evakuasiyası zamanı dəymiş ziyanı evakuasiya prosesini həyata keçirən orqan, yəni Dövlət Yol Polisi ödəməlidir. Bunun üçün vətəndaşın tələbi ilə ekspertiza təyin olunur və avtomobildə yaranmış texniki nasazlığın həqiqətən də evakuasiya zamanı meydana gəldiyi təsdiq edilir. Bundan sonra vətəndaş məhkəmə qarşısında iddia qaldıra və ya DYP rəhbərliyinə müraciət edə bilər. Bu videoda əks olunan «Opel»in sürücüsü də eyni addımı ata bilər. Ən azından bu video onun üçün sübutdur.
Düzdür, «Opel»in sürücüsü həqiqətən də qayda pozub və avtomobili səkidə park edib. Bu isə piyadaların hərəkətinə əngəl olur. Yəni, bu videonu yaymaqla onun tərəfini tutmuruq. Lakin cəzalandırarkən dartıb-dağıtmaq da lazım deyil. Əgər ciddi bir problem yaratmırdısa həmin avtomobilin fotosunu çəkib yerində cərimə tətbiq etməklə protokolu şüşəsilənin altına qoymaq kifayət edərdi…
Elməddin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










