Bakıda gülməli yol nişanları – Həm baş yoldur, həm də dayanmalısız - FOTO

Avtosfer.az saytı Bakıda yol hərəkətinin təşkili ilə bağlı iki yerdə nöqsanlar aşkar edib. Bu işdə bizə Təbriz adlı oxucumuz da dəstək olur. Ümid edirik ki, hər iki məsələ tezliklə həllini tapacaq.
Birinci problem Qaradağ rayonu ərazisindədir. Belə ki, Lökbatan qəsəbəsinin girişindəki Buta-Heybət dəmiryol keçidinin yanında 7.13 və üstündə 2.5 nişanı qoyulub. Yol hərəkətinin təşkilində nişanların bu cür tətbiqi nəzərdə tutulmayıb. Avtosfer.az bildirir ki, yol hərəkətinin bu cür təşkili biabırçılıqdır. Çünki həm Baş yol nişanı, həm də «Stop» nişanı bir-birinə tam ziddir.
Oxucularımızdan birinin dəfələrlə aidiyyatı orqanlara müaricət etməsinə baxmayaraq həmin 2.5 nişanını 2.1 nişanı ilə əvəz etməyiblər.
İkinci problem şəhərin Qurban Xəlilov küçəsi ilə Landau küçəsinin kəsişməsində qoyulan 4.3 və 3.27 nişanları ilə bağlıdır. Sürücü Q.Xəlilov küçəsi ilə hərəkətdə olarkən 4.3 nişanını görüb Landau küçəsindəki nəqliyyat vasitələrinə yol verərək dairəyə daxil olub, dairə boyunca hərəkətdə olarkən İnşaatçılar prospektindən gələn nəqliyyat vasitələrinin sürücüləri ona yol vermir. Çünki İnşaatçılar prospekti ilə Landau küçəsinin kəsişməsində 4.3 nişanı yoxdur. Bu problemlə də bağlı dəfələrlə müraicət edilməsinə baxmayaraq məsələ öz həllini tapmayıb.
Oxucumuz xahiş edir ki, Qurban Xəlilov küçəsində qoyulan 4.3 və 3.27 nişanını götürüb, 2.4 nişanı və 3.28 nişanı ilə əvəz edilsin. Çünki həmin ərazidə yol kifayət qədər geniş olduğuna görə orada nəqliyyat vasitəsinin dayanması digər hərəkət iştirakçılarına maneə yaratmır.
Emin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ












