Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO

Bakı şəhərində limuzin kimi uzun və prestijli avtomobillərin park edilməsi üçün uyğun infrastrukturun olmaması yeni suallar yaradıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müraciət daxil olub.

Qeyd olunub ki, bəzi iriqabaritli nəqliyyat vasitələri standart parklanma yerlərinə sığmır və faktiki olaraq iki avtomobilin yerini tutmalı olursa, o zaman ödəniş mexanizmi necə işləyir?
"Tutaq ki, mənim limuzinim var və onu şəhərdə parklanma ərazisində saxlamalıyam. Bu zaman ödəniş necə hesablanmalıdır? Bir yerə görə, yoxsa tutduğu sahəyə uyğun olaraq ikiqat ödəniş edilməlidir? Axı "Azparkinq" proqramında belə bir ödəniş növü yoxdur", - deyə vətəndaş bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələyə aydınlıq gətirib.
Qurumun məlumatında vurğulanır ki, qabaritləri qeyri-standart böyük olan nəqliyyat vasitələrinin ümumi istifadədə olan parklanma yerlərində dayanması nəzərdə tutulmayıb.
Mövcud standartlara əsasən, bir avtomobil üçün ayrılmış parklanma yerinin uzunluğu təxminən 6 metr təşkil edir. İstifadədə olan əksər minik avtomobillərinin uzunluğu isə 5-5.30 metr aralığındadır.
Əgər nəqliyyat vasitəsi bir parklanma yerindən artıq sahəni zəbt edirsə, bu halda iki yer üzrə ödəniş tətbiq edilmir. Belə hal qayda pozuntusu hesab olunur və bu əməl İnzibati Xətalar Məcəlləsinin 346.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır.
Eyni zamanda, bəzi parklanma məntəqələrində avtomobil 45 dərəcə bucaq altında saxlanıldıqda, onun bir hissəsi yolun hərəkət hissəsinə çıxaraq digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırsa, bu da həmin Məcəllənin 346-cı maddəsinə uyğun olaraq məsuliyyətə səbəb olur.
Sürücü parklanma zamanı mütləq qaydalara əməl etməli, digər nəqliyyat vasitələrinin hərəkətinə və parklanmasına maneə yaratmamalıdır. Qabaritləri böyük olan həm minik, həm də yük avtomobillərinin ümumi istifadədə olan standart parklanma yerlərində saxlanılması məqsədəuyğun hesab edilmir və qanunvericiliyin tələblərinə ziddir", - deyə məlumatda vurğulanıb.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












