Bakıda ölüm(ün)ə sürən taksi sürücüsü – VİDEO

Xətai rayonu, Ramiz Quliyev küçəsində kobud qayda pozuntusu törədən «VAZ-2106» markalı taksi sürücüsünün əməlləri Avtosfer.az-ın kamerasına tuş gəlib. 10 EX 869 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq qarşı yola çıxır və qəza şəraiti yaradır. Qarşı yolda hərəkət edən avtomobilin sürücüsünün sayıqlığı nəticəsində ağır qəzadan yan keçmək mümkün olur. Belə situasiyada sürücülər qəzadan yayınmaq üçün adətən sükanı qəflətən sağa-sola çəkirlər. Lakin «06»-nın qəza şəraiti yaratdığı sürücü peşəkarlıq göstərərək sürəti azaldır və qismən sağa çəkilir. Sağdan hərəkət edən digər avtomobillə toqquşmadan yayına bilir. Sanki belə də olmalı imiş kimi davranan taksi sürücüsü isə heç nəyə məhəl qoymadan yoluna davam edir.
Ümid edirik ki, yol polisi onun bu hərəkətlərinə məhəl qoyacaq…
Elmin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











