Bakıda polisdən alınan maşın oğurluq çıxdı - Müsadirə edildi

Bakı şəhər sakini Göyüş Qocayevin Dövlət Yol Polisi əməkdaşından aldığı maşın Gürcüstanda saxlanılıb və müsadirə edilib. Özünə də deyilib ki, həmin maşın oğurluqdur, beynəlxalq axtarışa verilib. Avtosfer.az xəbər verir ki, bu barədə vəkil Bəxtiyar Hacıyev “qafqazinfo”ya açıqlamasında bildirib ki, G.Qocayev 2015-ci ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində işləyən Qafar Həmidovdan 2013-cü il buraxılışı olan “Mercedess Benz” (E class) markalı, ilkin qeydiyyat nömrə nişanı “90 UM 039”, sonrakı qeydiyyat nömrə nişanı “10 RE 110” olan avtomaşını 25 min dollara alıb: “Atabank”ın “Xəzər” filialında girovda olan, Çingiz Sadıqzadə adlı şəxsin adına rəsmiləşdirilən avtomaşına əlavə olaraq daha 28 min manat ödəməyi Göyüş Qocayev boynuna götürüb. Bu gün banka ödəniləsi olan məbləğ cəmi 18 min manat təşkil edir. 2015-ci ilin dekabr ayında Göyüş Qocayev Gürcüstanda ailəsi ilə səfərdə olarkən Vaxtanqize Gömrük postunda maşın əlindən alınaraq müsadirə edilib. Ona məlum olub ki, həmin maşın İnterpol vasitəsi ilə axtarışdadır”.
B.Hacıyev bildirib ki, məsələ ilə bağlı Bakı şəhər prokuroru Əziz Seyidovun göstərişi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi açılsa da, istintaq hərəkəti aparılmır: “Maşın daxili sənədlərlə satılıb. Artıq Gürcüstan dövləti qərar qəbul edib ki, maşın Almaniya dövlətinə təhvil-təslim edilsin. Prokurorluğun İstintaq İdarəsinin Mühüm İşlər üzrə müstəntiqi Cavid Abbasov tərəfindən istintaq aparılır. Müstəntiq də deyir ki, mən Həmid Qafarovun qanunsuz fəaliyyətini yoxlaya bilmirəm, polis özü yoxlayıb məlumat verir. Heç kim bu günə qədər istintaqa cəlb olunmayıb. Qafar Həmidov barəsində tədbir görülməyib. Zərərçəkmiş Göyüş Qocayevin idarə etdiyi avtomobili isə Gürcüstan dövləti ondan alıb Almaniyaya vermək ərəfəsindədir.
İstintaq zamanı bütün şəxslərin ifadələri alınıb. Qafar Həmidov bu işdə də zərərçəkmiş kimi tanınıb. Bundan əvvəlki işlərdə də elə tanınmışdı. Artıq bir neçə şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək məhkum olunublar. O işlərdə də Qafar Həmidovun adı hallanır. O, faktiki olaraq oğurluq olduğunu bildiyi avtomobili satır, yol polisi maşını saxlayanda gedib mülki iddia qaldırır. Həmin maşını Göyüş Qocayevə satan Çingiz Səmədov istintaqa ifadəsində deyib ki, heç avtomobilin rəngini də bilmirəm. İfadəsində bildirib ki, “Qafar müəllim mənə dedi, maşını sənin adına banka salaq, sonra da başqasına sataq”. Necə olur ki, Qafar Həmidov zərərçəkən qismində tanınır?”
Qeyd edək ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan Qafar Həmidov özünü Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi general Yaşar Əliyevin qayını kimi təqdim edib.

Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO








