Bakıda sürücüdən ŞOK addım – Evakuatorun apardığı avtomobilini yol polisinə bağışladı - FOTO

Gənc fəal Bəxtiyar Hacıyev avtomobilinin qanunsuz evakuasiya edilməsinə etiraz əlaməti olaraq cərimə meydançasında maşının üstünə "Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova hədiyyə" yazısı yapışdırıb. Avtosfer.az xəbər verir ki, bu barədə Hacıyev öz facebook hesabında status paylaşıb. Gənc siyasətçi öncə yazıb: "90-MV-558 dövlət nişanlı avtomobilimi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova hədiyyə edirəm. 6 saylı cərimə meydançasındadır. Gülə-gülə, xoş günlərdə istifadə etsin.
3 ildir məhkəmələrin bir-birinin üstünə ataraq uzatdığı işi sürətləndirmək məqsədi ilə Suraxanı məhkəməsi Penitensiar Xidmətə sorğularını özümün aparmağımı təklif etdi. Saxladım PX qarşısında, məktubu poçt qutusuna atıb çıxdım (3, maksimum 4 dəq ərzində), gördüm şanlı, operativ DYP avtomobili aparıb. Ona görə də, cərimə və evakuator xidməti ödəməkdən bezib, imtina edib, hədiyyə edirəm".
Daha sonra isə avtomobilinin aparıldığı cərimə meydançasından foto paylaşaraq qeyd edib: "Evakuator oğurluqlarına etiraz əlaməti olaraq gedib avtomobilin üstünə "Baş DYP rəisi, general-mayor Ramiz Zeynalova hədiyyə" yazısını yapışdırıb, velosipedimi avtomobildən götürüb çıxdım. Dostluğumdakı DYP əməkdaşları Ramiz müəllimə çatdırsınlar.
Mən də velosipeddən istifadə edə-edə, bacardığım qədər bütün yollarla həm bu problemlə, həm də DYP nəzarətində olan bütün digər problemlərlə mübarizə aparmağa başlayım".
Hacıyevin bu addımı yüzlərlə izləyicisinin marağına səbəb olub və yekdilliklə bu sivil mübarizəni dəstəklədiklərini bildiriblər.
Fərid
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ













