Bakıda sürücüsüz taksilər: Az qaldı...

Dünya hazırda sürətlə rəqəmsal mühitə keçid edir. Belə ki, müxtəlif peşə və ixtisaslar onlayn qaydada həyata keçirilir. Hətta yaxın gələcəkdə onlayn taksi sürücülərinin də fəaliyyət göstərə biləcəyi deyilir.
Artıq “Tesla” şirkəti yeni süni intellekt proqramı ilə ofisdən və ya evdən avtomobillərin idarə edilməsi proqramı üzərində işləyir. Əgər proqram uğurla sınaqdan keçərsə, gələcəkdə tətbiq edilə bilər. Süni intellektin köməyi ilə taksi sürücüləri rahatlıqla avtomobil idarə edə biləcəklər.
Maraqlıdır, onlayn taksi fəaliyyəti nə qədər səmərəli ola bilər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında deyib ki, pilotsuz avtomobillər və taksilər dünyanın bir sıra qabaqçıl ölkələrində fəaliyyət göstərir:
“Əgərləri müşahidə etsəniz görərsiniz ki, dünyanın bir çox ölkələrində süni intellekt vasitəsi ilə idarə oluna bilən müxtəlif texnikalar və ya robotlardan istifadə edilir. Gələcəkdə ola bilsin ki, avtomobillərin böyük əksəriyyəti sürücüsüz olacaq. Siz avtomobili alacaqsınız, lakin onu süni intelekt idarə edəcək. Hətta siz özünüz avtomobili idarə edə bilməyəcəksiniz.
Süni intellekt vasitəsi ilə istədiyiniz ünvana avtomobil sizi çatdıra biləcək. Bu yaxın perspektivdə olmasa da, gələcəkdə gözlənilir”.
Ekspert qeyd edib ki, süni intellektin taksi sisteminə qoşulması taksi fəaliyyətini asanlaşdıracaq:
“Taksi sahəsində sürücü-sərnişin təmasını minimuma endirmək üçün onlayn taksinin olması müsbət haldır. Lakin rəqəmsal taksi xidmətindən istifadə etmək istəyiriksə, ifrastruktur yaradılmalıdır. Əgər düzgün infrastruktur yaradılarsa, taksi sahəsində ciddi dəyişiklər baş verə bilər”.
(cebhe.info)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












