"Bank və "Honda" məni aldadıb" - Polisə şikayət

Bakı sakini bir neçə il öncə avtomobil alarkən aldadıldığını bildirib. Avtosfer.az-ın "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, bu barədə paytaxt sakini 1974-cü il təvəllüdlü Yusif Rəhimov Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək məlumat verib. Y.Rəhimov bildirib ki, 2012-ci ilin sentyabr ayında "Honda"dan avtomobili alıb. O şirkətə ilkin olaraq 5500 AZN ödəniş edib, aylıq ödənişin isə 555 manat olacağı barədə razılığa gəliblər. Bu şərtlərlə "Honda Accord" avtomobili alıb. Y.Rəhimov iddia edir ki, maşın üçün kredit verən "Respublika bank" və "Honda servis"in işçiləri tərəfindən aldadılıb. Hər iki qurumdan ona aylıq ödənişin manatla olacağı bildirilsə də, sənədlərdə ödəniş ABŞ dolları ilə qeyd edilib. Bu "fərq"ə diqqət etməyən Yusif Rəhimov müqaviləyə imza atıb. Hazırda isə dolların məzənnəsinin dəyişməsinə görə aylıq 1200 manata yaxın ödəniş etməlidir.
Müraciətlə bağlı Binəqədi RPİ İstintaq Şöbəsində araşdırma aparılır.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










