Başqasının maşınına girib pul oğurladı, daha sonra...

Çində islahat məktəbində vəhşicəsinə cəzalandırılan bir yeniyetmə böyrəyini itirib.
Avtosfer.az xəbər verir ki, hadisə 2023-cü ilin avqustunda 15 yaşlı Ajunun başqasının maşınına girib 3,5 min yuan oğurlaması ilə başlayıb.
Bundan xəbər tutan atası oğluna dərs vermək qərarına gəlib və hadisəni polisə xəbər verib. Ajun azyaşlı olduğu üçün məhkəmə onu cinayət cəzası əvəzinə Yonqinq İslah Məktəbinə göndərib.
Bir müddət sonra uşağın atasına onun ağır vəziyyətdə xəstəxanada olduğu bildirilib. Məlum olub ki, məşq zamanı Du adlı təlimatçı Ajunu və onun dostunu cəzalandırıb. 45 dəqiqə ərzində uşaq əlləri başının arxasında 1000-ə yaxın çömbəlmə edib.
Bundan sonra çətinliklə yeriyə bilib, bir gün sonra sidiyində qan görüb, ayaqları şişməyə başlayıb. Narahat olmasına baxmayaraq, yeniyetmə məşqlərini davam etdirmək məcburiyyətində qalıb. Sonda Ajunun böyrəkləri sıradan çıxıb, təcili xəstəxanaya yerləşdirilib və orqan transplantasiyası tələb olunub. Nəticədə ailə evlərini satıb və 450 min yuan borca düşüb.
Ailə məktəbi və yerli hakimiyyət orqanlarını məhkəməyə verib. Tibbi ekspertiza yeniyetmənin səhhətindəki problemlərin bilavasitə cəza ilə bağlı olduğunu təsdiqləyib.
Məhkəmə hələlik iş üzrə yekun qərar verməyib.(medianews.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












