Bərdədə taksi sürücüləri üçün təlim keçirildi - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bərdə şəhərində taksi sürücüləri üçün təlimlər keçirilib. Noyabrın 17-dən 20-dək təşkil olunan təlimlərə 50 sürücü cəlb olunub.
AYNA-dan Avtosfer.az-a bildirilib ki, xüsusi hazırlıq proqramına taksi ilə sərnişindaşıma qaydaları, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, etik davranış qaydaları, eləcə də ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib.
Taksi fəaliyyəti üçün şəhadətnamə əldə etmək istəyən sürücülər müvafiq təlimləri tamamlamalı və imtahan verməlidirlər. Təlim mərhələsi bitdikdən sonra sürücülərin məlumatları Dövlət İmtahan Mərkəzinə təqdim olunacaq və namizədlər imtahandan uğur qazanaraq şəhadətnamə əldə edə biləcəklər.
Qeyd edək ki, təlimlər “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə” proqrama əsasən təşkil olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













