Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR?

Turizmə milyonlar ayrılır, bölgələrdə istirahət qiymətləri isə ailə büdcəsini “yandırır”.
Avtosfer.az Ajans.az-a istinadla xəbər verir ki, Azərbaycanda turizm sektorunun inkişafı dövlətin prioritet istiqamətlərindən biri kimi maliyyələşdirilir. Belə ki, 2025-ci ildə funksional təsnifatda “turizm fəaliyyətinin stimullaşdırılması” üçün 65 milyon manat, 2026-cı ildə isə Dövlət Turizm Agentliyinə 46,7 milyon manat vəsait ayrılıb.
Bununla yanaşı, bölgələrdə yerləşən hotellərin qiymətləri yerli turistlər üçün əlçatan hesab edilmir.
Yay mövsümündə ölkənin məşhur istirahət bölgələrində 2 böyük və 2 uşaqdan ibarət ailənin bir gecəlik hotel xərci orta hesabla 220 manatdan başlayaraq 420 manata qədər yüksəlir. Bu qiymətlərə bəzi hotellərdə yalnız səhər yeməyi, digərlərində isə səhər və şam yeməyi daxildir.
Beləliklə, cəmi iki gecəlik ailəvi istirahətin dəyəri bəzi hallarda 800 manata yaxınlaşır. Bu isə daxili turizmdən yararlanmaq istəyən ailələr üçün ciddi maliyyə yükü yaradır.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi 2026-cı ilin ilk yarısında turist sayındakı azalmanı geosiyasi proseslər, uçuş istiqamətlərindəki dəyişikliklər və artan səyahət xərcləri ilə əlaqələndirib. Qurum eyni zamanda 2026-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı üzərində iş aparıldığını və turizmin inkişafı istiqamətində yeni tədbirlərin nəzərdə tutulduğunu açıqlayıb.
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir












