Bu marşrutda 1 avtobus işləyir - Sərnişinlər saatlarla gözləyir - VİDEO

Yüzlərlə sərnişin 1 avtobusun ümidinə qalıb. Bakıda metronun Xalqlar Dostluğu stansiyası ilə Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi arasındakı 54 nömrəli marşurutda cəmi 1 avtobus var. Marşrut xətti uzun olduğundan sərnişinlər azı 1 saat avtobus gözləməli olurlar. Avtobusun az olmasının səbəbini həmin avtobusun sürücüsündən soruşduq. 54 saylı marşrut xəttinin sahibi deyir ki, əvvəllər 3 avtobus işlədiblər. Lakin tələb az olduğundan xəttəki avtobusların sayı 1-ə endirilib. Ancaq yenidən baxış keçiriləcək, ehtiyac aşkarlansa əlavə avtobuslar buraxılacaq. Bənzər vəziyyət metronun Həzi Aslanov satansiyasından Xətai stansiyasına hərəkət edən 95 saylı marşurutda da var. Bu xətdə isə cəmi 2 avtobus var. Avtobusun sürücüləri bunun səbəbini marşrut xəttinin qısalması ilə əlaqələndirir. 95 saylı marşrut isə əvvəllər tamamilə bağlanıb. Ancaq sonradan sərnişinlərin xahişi ilə başqa daşıyıcı şirkət tərəfindən xəttə 2 avtobus buraxılıb. Həmçinin paralel bir neçə marşurut xətti də fəaliyyət göstərir.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin xətlərdə avtobuslara tələb olduqca azdır. Buna görə də sahibkarların müraciəti nəzərə alınıb. Əgər ehtiyac olduğu müəyyən edilərsə xəttə əlavə avtobuslar buraxılması üçün onlara öhdəlik qoyulacaq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












