Bu rayonda bir gecədə 50-dən çox at oğurlandı - VİDEO

Cəlilabadda sakinlərin atları bir neçə gündür ki, yoxa çıxır. Məlum olub ki, ümumilikdə 50 dən yuxarı at oğurlanıb. Hadisə ilə bağlı polisə də məlumat verilib. Cəlilabadda kəndlilərə məxsus atlar otlaq sahəsindən oğurlanıb. Hadisə rayonun Soyuqbulaq kəndində baş verib. Kənd sakinləri deyirlər ki, gündüzlər atları təsərrüfat işlərinə cəlb edirlər, axşamlar isə onları otlamaq üçün yaxınlıqdakı görüş sahəsinə buraxıblar. Səhər axtarsalar da kəndlilər atlarını örüşdə tapa bilməyiblər. Ümumilikdə bir neçə gün ərzində Soyuqbulaq kəndindən müxtəlif şəxslərə məxsus 50 dən yuxarı at oğurlanıb. Kəndlilərin sözlərinə görə heyvanların kütləvi oğurlanmısı oğruların bir yox, bir neçə nəfər olduğunu deməyə əsas verir.
Məsələ ilə bağlı kənd sakinləri polisə məlumat veriblər. Cinayət faktı ilə bağlı Cəlilabad rayon Polis şövbəsindən bildirildi ki, hadisə ilə bağlı saxlanılan olmasa da artıq şübhəli şəxslər müəyyən edilib. Hazırda faktla araşdırmalar davam etdirilir.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










