Bu yolda maşını saatda 90-la sürsən uçacaqsan - Sağ zolaq dağılıb - VİDEO

Bakı–Quba yolunun Siyəzən rayonunun ərazisindən keçən hissəsində yolların bərbad vəziyyətdə olması sürücülər üçün ciddi çətinliklər yaradır.
Avtosfer.az xəbər verir ki, təlimçi Arzu Babazadə redaksiyamıza göndərdiyi görüntülərdə yolun vəziyyətinin qənaətbəxş olmadığını və təhlükəli vəziyyətin yarandığını diqqətə çatdırıb. O bildirib ki, sağ zolaqda hərəkət demək olar ki, mümkün deyil və bu, sürücülər üçün əlavə risklər yaradır.
Arzu Babazadə qeyd edib ki, yol hərəkəti qaydalarına əsasən, həmin hissədə sürət 90 kilometr-saat olaraq müəyyən edilib və sürücülər də buna uyğun hərəkət etməyə çalışır. Lakin yolun vəziyyəti nəzərə alınaraq, həmin sürətlə bu zolaqda hərəkət etmək demək olar ki, mümkün deyil. Bu, əlavə təhlükə yaradır. Təlimçi yolun təcili təmirinə ehtiyac olduğunu vurğulayıb.
Yol istifadəçiləri və mütəxəssislər bu istiqamətdə aidiyyəti qurumların diqqətini yolun vəziyyətinə yönəltməsini, sürücülərin təhlükəsizliyinin təmin olunması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirlər.
Eltac Zülfüqaroğlu
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM












