Bu yolda qırıq-qırıq xətt var; amma sürücülər kameraya düşür - FOTOLAR

Bakının Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsinin keçmiş Torpaq Komitəsi yaxınlığındakı hissəsindən hərəkət edən yüzlərlə avtomobil müşahidə kamerası tərəfindən qeydə alınaraq qanunsuz olaraq cərimələnir. Bu barədə Movqe.az-a sürücülər məlumat verib. Sürücülərin şikayətinə görə, iki hərəkət istiqamətli yolda bütöv qoşa xətt olsa da, qoşa xətin sağ və sol tərəfində 20 metr məsafədə qırıq-qırıq xətt çəkilib. Bu isə sürücülərə bu yolda sağa və sola dönmək imkanı verir. Qırıq-qırıq xətin imkanından istifadə edib avtomobili sağa-sola hərəkət etdirən sürücülər isə qanunsuz olaraq cərimələnir. Sürücülərin iddiasına görə, bu yolda onlar qırıq-qırıq xətin tələbinə uyğun olaraq hərəkət istiqaməti seçsələr də, yaxınlıqda quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınaraq onlara cərimə məktubu göndərilir. Sürücülər ərazidə dövlət idarələrinin, eləcə də yaşayış binalarının olması səbəbindən bu yolda dönmə manevri etməyin vacib olduğunu, bu zaman isə cərimələndiklərini söyləyirlər.
Onların sözlərinə görə, indiyədək bu yolun sözügedən hissəsində 100-dən artıq avtomobil məhz bu səbəbdən müşahidə kamerasının qeydə alındığı görüntülər əsasında cərimələnib. Sürücülər deyir ki, onlar qoşa xətin tələbini pozmayaraq, qırıq-qırıq xətin tələbinə uyğun hərəkət etsələr də, nədənsə kamerada qeydə alınan bu dönmə manevri yol hərəkəti qaydası pozuntusu hesab edilərək sürücülərə cərimə tətbiq edilir. Sürücülər Respublika Yol Polisi İdarəsindən və Bakı Şəhər Yol Polisi İdarəsindən bu problemin aradan qaldırılmasında və onlara tətbiq edilən qanunsuz cərimələrin ləğv edilməsini xahiş edirlər. Məsələ ilə bağlı əlaqə saxladığımız Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, bütöv qoşa xətt çəkilmiş yolun sağ və sol tərəfində 20 metr məsafədə qırıq-qırıq xətt çəkilibsə, sürücü avtomobili həmin yolun qırıq-qırıq xətt çəkilmiş hissəsində sağa və sola manevr etdirə bilər: " Bu qanunvericiliyin verdiyi imkandır. Əgər, uzanan qoşa xətin hər iki tərəfində qırıq-qırıq xətt çəkilibsə, bu zaman sürücünün sağa və sola manevr etməsi yol hərəkəti pozuntusu hesab edilə bilməz. Amma yenə yaxşı olardı ki, sürücülər bununla bağlı BŞYPİ-ə müraciət etsinlər. Biz də hadisəni yerindəcə araşdıraq. Əgər sürücülər haqlıdırlarsa, məsələ onların xeyrinə də sonuclanacaq. Amma bu məsələ mütləq yerindəcə araşdırılmalıdır”.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ













