Diqqətli olun – Yol polisi sizi də bu qaydada radara sala bilər - FOTOLAR

Sürücülərdən biri - Ceyhun Mirzəyev Avtosfer.az-a müraciət edib. O qeyd edir ki: "Bu il iyunun 3-də, saat 10:08-də A.Bakıxanov küçəsində qoşa xəttin tələbini pozaraq qarşı yola çıxmağımla bağlı mənə elektron protokol tərtib olunub. Həmin gün elə şəkildən də göründüyü kimi, Səməd Vurğun küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində nizamlayıcı-inspektor var. Onun tələbi ilə sürəti artırıb qoşa xətti keçərək hərəkətin olmadığı qarşı hərəkət istiqamətinə çıxmışam. O küçə ilə hərəkət edənlər bilirlər ki, o yolu demək olar ki, hər gün belə boşaldırlar. Və 1.3 nişanlanma xəttini keçənin yalnız mən olmadığım, həmçinin arxada polis ekipajının olması sübutdur ki, bu, nizamlayıcının tələbi ilə edilib. Fikrimcə, bunu elektron protokolu tərtib edənlər də bilməlidirlər".
Sürücü məktubunda həmçinin qeyd edib ki, həmin protokoldan elektron qaydada Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova şikayət məktubu ünvanlayıb və protokola xitam verilməsini xahiş edib.
Fuad
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ














