DYP-nin "Siqnal" idarəsinin "siqnalı" düz işləmir - FOTO

Avtosfer.az-ın elektron ünvanına yollarımızdakı biabırçı yol nişanları ilə bağlı məlumat daxil olub. Məlum olub ki, bu nişanlar həm lazımsızdır, həm də təkrar qoyulub. Bu barədə məlumat verən sürücü Təbriz Yusubov bildirib ki, Bakı Dairəvi Yolunda və Salyan şossesində eyni nişandan (5.23 yaşayış məntəqəsinin sonunu bildirən nişandan) 2 ədəd quraşdırılıması, Bakı-Ələt yolunun 14-cü kilometrində quraşdırılmış və heç kimə lazım olmayan 5.9 nişanı ilə bağlı və Salyan şossesində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında qanunsuz quraşdırılmış sağa məcburedici nişanla bağlı hərəkətin təşkili şöbəsinə müraciət edərək həmin nişanların götürülməsini xahiş edib: "Xahişim nəzərə alınaraq BDYPİ-nin Hərəkətin Təşkili Şöbəsinin rəisi və əməkdaşları həmin əraziləri müayinə edib və bu nişanların həqiqətəndə lazımsız olmasını təsdiq edib. Hərəkətin Təşkili Şöbəsinin rəisi tərəfindən nişanların sökülməsi ilə bağlı DİN BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə tapşırıq verilib. Lakin tapşırıq verilən vaxtdan bəri "Siqnal" idarəsinin səlahiyyətli şəxsi bu tapşırığı icra etmir".
"Siqnal" idarəsinin diqqətinə çatdırırıq ki, belə tapşırıqları dərhal icra etmək lazımdır.
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ















