Reklam

DYP xanım sürücünün "BMW-X6"sını nömrəsiz və sənədsiz qoyub - FOTO

Xəbərlər 21 İyun 2016 00:29 Oxunub 5568
DYP xanım sürücünün "BMW-X6"sını nömrəsiz və sənədsiz qoyub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"DYP əməkdaşı Fəqan İsmayılov məhkəmə qərarını icra etmir, maşının nömrəsini və sənədlərini vermir"

Bakının Səbail rayon sakini Arzu Arif qızı Kuliyeva Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsindən şikayət edir. Bu barədə A.Kuliyeva Avtosfer.az saytına bildirib. O, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova, Sumqayıt DYP nin rəisi Bayram Zeynalova və Sumqayıt şəhər Polis İdarəsini rəisi Əkbər İsmayılova müraciətində bildirib ki, mülki mübahisəyə görə Sumqayıt DYP-nin dayanacağında saxlanılan və onun mülkiyyətində olan "BMW-X6" markalı avtomobili məhkəmə mübahisəsi başa çatdıqdan sonra geri ala bilmir: "Avtomobilimi almaq üçün getdiyimdə avtomobilə aid 90 SD 729 dövlət qeydiyyat nişanlarının, qeydiyyat şəhadətnaməsinin və avtomobilin açarlarının yerində olmadığını gördüm. Halbuki məhkəmə mübahisəsi gedə-gedə avtomobilimə baxmaq üçün cərimə meydançasına gerdiyimdə hər şey qaydasında idi və Sumqayıt DYP-nin Fəqan İsmayılov adlı əməkdaşı qeydiyyat nişanını, qeydiyyat şəhadətnaməsini və açarları mənə göstərərək bildirdi ki, məhkəmə mübahisəsi bitdikdən sonra gəl, apar. Amma məhkəmədən sonra icra məmurları avtomobili dayancaqdan çıxarmağa gedəndə Fəqan İsmayılov icra məmurlarının işinə əngəl törətməyə çalışdı, məni və icra məmurlarını pis sözlərlə təhqir etməyə başladı". Xanım sürücü DİN rəhbərliyindən xahiş edirki, mülkiyyətçisi olduğu "BMW X6" markalı avtomobilin Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin dayanacaqda saxlandığı müddətdə üstündəki 90-SD-729 dövlət nömrə nişanını açıb götürmüş şəxslərin müəyyən edilərək barələrində qanuni tədbir görüləməsinə dair müvafiq göstəriş verilsin və həmin avtomobilə aid nömrə, qeydiyyat şəhədatnaməsi və açarları ona verilsin"

Arzu Kuliyeva bildirib ki, qeyd olunan avtomobillə əlaqədar Nəsirov Müslüm Aydın oğlu ilə mülkü mübahisəsi olub və Sumqayıt şəhər Məhkəməsinin 25 fevral 2016 cı il tarixli qətnaməsi ilə həmin avtomobilin mülkiyyətçi kimi ona qaytarılması barədə qərar çıxarılıb: "Həmin avtomobilin qaytarılması ilə əlaqədar mən DİN BDYPİ-nə, Sumqayıt ŞPİ-nə və Sumqayıt şəhər DYPi-nə ərizə ilə müraciət etmişdim. Həmin müraciətim əsasında avtomobil 2015-ci ilin noyabr ayında Sumqayıt şəhər DYPİ-nin əməkdaşı Fəqan İsmayılov tərəfindən saxlanılaraq cərimə meydançasına qoyulub. Bundan sonra mən Sumqayıt şəhər DYPİ-nə gedib Fəqan İsmayılovdan avtomobilimin mənə verilməsini istədim. Fəqan müəllim məni cərimə meydançasına aparıb maşını göstərdi. Həmin vaxt avtomobilin dövlət qeydiyyat nişanı üstündə idi. Bundan sonra Fəqan müəlllim avtomobilin qeydiyyat şəhadətnaməsini və açarları mənə göstərərək qeyd etdi ki, avtomobillə əlaqədar məhkəmə mübahisəsi var, əgər mübahisə qurtarıb sizin xeyrinizə olarsa avtomobilin qeydiyyat şəhadətnaməsini və açarları özü mənə təqdim edəcəyini bildirərək avtomobili mənə vermədi. Bundan sonra həmin məhkəmə işi üzrə mənim xeyrimə qərar verildi və icra edilən zaman Fəqan müəllim avtomobilin dövlət qeydiyyat nişanını, qeydiyyat şəhadətnaməsini və açarları verməyərək özündə olmadığını bildirdi. Mən də avtomobili dövlət qeydiyyat nişansız, qeydiyyat şəhadətnaməsiz və açarsız aparmalı oldum".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh