Ələtdəki aeroporta rəhbər təyin edildi

Ələt Azad İqtisadi Zonasında yaradılan yeni hava limanı idarəsinin idarə heyətinin sədri bəlli olub.
Avtosfer.az xəbər verir ki, bu vəzifə 2025-ci ilin sentyabrından etibarən Cavad Dbilaya həvalə edilib.
C.Dbila hazırda paralel olaraq “Silk Way Alat Free Economic Zone” şirkətinin baş direktorudur. O, şirkətə yarandığı 2023-cü ildən bu tərəfə ona rəhbərlik edir.
Cavad Dbila 2000-ci ildən Azərbaycanın hava nəqliyyatı sektorunda çalışır. O 2011-2014-cü illərdə AZAL-da yüksək vəzifələrdə çalışsa da, sonradan, 2017-ci ildən “Silk Way Holding”ə vitse-prezident kimi transfer olunub.
“Silk Way AFEZ” Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən şirkətdir və o “Silk Way Group”a daxildir. Şirkətin ƏAİZ-dəki yeni hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.
Eyni zamanda hava limanı layihəsində fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşasını nəzərdə tutur.(banker.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












