Fədayə Laçın həbsxana həyatından danışdı - VİDEO

Müğənni Fədayə Laçın şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Avtosfer.az xəbər verir ki, sənətçi "Astar" yutub layihəsində ailəsində yaşadığı çətinliklərdən danışıb. F.Laçın bildirib ki, atası anasına xəyanət etdikdən sonra valideynləri ayrılıb:
"Atam anama xəyanət edib. Anam əvvəl boşanmaq istəmirdi. Ailəsi adlı-sanlı insanlar idi, bunu qəbul etmirdilər. Amma sonda ayrıldılar. Atam yenidən ailə qurdu, övladları oldu. Anam da ailə qurdu. Ögey atam var idi, hərdən məni vururdu da. Mən də sevib ailə qurmadım. Elə ögey atam var idi deyə başımı götürüb qaçdım. İstəmədən də ayrıldım. Oğlumun bir yaşı var idi, hadisə baş verdi. Ağır cinayət törətdi, Rusiyaya qaçdı. Altı ay zəng etdi, sonra isə yoxa çıxdı. Mən də maraqlanmadım harada olduğuyla. Dünyaya gələndən qəbul edilməmişəm. Atam anamın bətnində olanda bizi tərk edib, məni qəbul etməyib. Sonra ögey atam, daha sonra isə həyat yoldaşım... Elə o vaxt səsimi kəşf etdim".
F.Laçın həbsxana həyatı ilə bağlı da danışaraq həmin dövrün ona həyat dərsi olduğunu deyib:
"Başıma gələn hər şeyi normal qəbul edirəm. Hər faciədə bir hikmət görmüşəm. Başıma gələn hər ziyanın bir xeyri oldu. O xeyir də insanları tanımaq idi. İşığıma hamı yığışır, amma qaranlığımdan qorxmayan insanlar lazım idi. Bəlkə də o hadisədə mən ölə bilərdim, amma qismət həbsxana oldu. Aqressiv insan deyiləm, özümdən çıxmıram. Həbsdə yanıma heç kimin gəlməsinə icazə yox idi, yalnız ailəm gəlirdi. Qadının başına belə hadisə gələndə adətən ona nifrət edirlər. Amma mən sevildim. Etməməli idim, amma etdim. Hadisəni çox şişirtdilər, bilmədən yazdılar".
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












