Günəşdə iki partlayış baş verib

Aprelin 27-də Günəşdə sondan əvvəlki güc sinfinə aid iki partlayış qeydə alınıb. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Aprelin 27-də Moskva vaxtı ilə saat 01:57-də (Bakı vaxtı ilə saat 02:57) 4420 günəş ləkəsi qrupunda (N15W18) rentgen diapazonunda 11 dəqiqə davam edən M6.0 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 09:45-də (Bakı vaxtı ilə saat 10:45) 4425 günəş ləkəsi qrupunda (N08E51) rentgen diapazonunda 23 dəqiqə davam edən M1.1 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Bundan əlavə, qeyd olunub ki, həftəsonu ərzində Günəşdə M sinfindən olan 6 partlayış baş verib.
Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












