Hava limanında özbaşınalıq – bileti kassada yox, əldə baha satırlar

«Azərbaycan Hava Yolları» («AZAL») Naxçıvana uçan təyyarələrə biletin qiymətini qaldırmaq üçün maraqlı addım atıb. Atılan bu addım son günlər Naxçıvana gedən sərnişinlərin süni qiymət artımı ilə üzləşməsinə səbəb olub. Sərnişinlərin Avtosfer.az-a verdiyi məlumata görə, 50 manatlıq bilet tapmaq indi çox çətindir. Bəzi işbazlar isə həmin biletləri hava limanındakı sərnişinlərə 100 manata təklif edir. Bir qədər xahiş-minnətdən sonra bileti ən yaxşı halda 70 manata satırlar: «Təsəvvür edin ki, kassada bilet yoxdur, amma kimsə sənin qolundan tutub kənara çəkir və deyir ki, bilet lazımdırsa, bu qiymətə düz-qoş edə bilərəm. Başa düşmək olmur, kassada satılmalı olan biletlər ayrı-ayrı adamların əlinə necə keçir? İşbazlar Naxçıvana bilet tapmayanların şəxsiyyət vəsiqəsinin fotoşəklini telefonla çəkir və 15 dəqiqədən sonra bilet gətirib verirlər. Kassalarda isə bildirirlər ki, Naxçıvana bilet yoxdur, quratırıb. Bəs bu adamlar haradan tapıb əldə satırlar? Xeyir-şər məclislərinə tələsənlər, hərbi xidmətlə bağlı məzuniyyəti başa çatıb geri qayıtmalı olan hərçbilər vaxtında mənzil başına çatmaq üçün məcbur qalıb 50 manatlıq bileti 70-100 manata almalı olurlar».
Sərnişinlərin bildirdiyinə görə, «AZAL» Naxçıvana təyyarə biletinin qiymətini qaldırmaq istəyir. Onu da bu yolla etməyə çalışır. Yəni, bir növ, insanları buna alışdırır ki, gələcəkdə qiymət artımına hazırlıqlı olsunlar…
"AZAL"-dan Avtosfer.az-a bildirdilər ki, bu məsələ ciddi araşdırılır, bu cür hallara yol verənlər cəzalandırılacaq: "Lakin bildirmək istəyirik ki, yazılanlar "AZAL"a aid deyil. Araşdırmalardan sonra geniş məlumat veriləcək".
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












