Hava nəqliyyatı ilə səfər edənlərin sayı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana hava nəqliyyatı ilə 40 ölkədən 2 milyon 661 min 607 nəfər səfər edib.
Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,6 %) və 681 min 893 nəfər (34,4 %) çoxdur.
9 ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb - 734 min 416 nəfər. Bu da 1 il əvvələ nisbətən 30,7 % artım deməkdir.
Hesabat dövründə Türkiyədən isə Azərbaycana 658 min 692 nəfər səyahət edib ki, bu da illik müqayisədə 17,6 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri də 333 min 33 sərnişinlə (+47,3 %) daxil olub.
Siyahıda daha sonra Gürcüstan 172 min 380 sərnişin (+ 38,9 %), Səudiyyə Ərəbistanı 92 min 776 sərnişin (+12,2 %), Hindistan 82 min 109 sərnişin ( + 5,2 dəfə), Qazaxıstan 82 min 80 sərnişin (+28,9 %), İtaliya 46 min 231 sərnişin (+ 99,3 %), Özbəkistan 43 min 470 sərnişin ( - 15,1 %) və İsrail 41 min 472 sərnişin ( + 16,3 %) qərarlaşıb.
İlk onluğa Hindistan və İtaliyanın daxil olması ilə Küveyt (40 min 257 sərnişin, + 26,8 %) və Almaniya (30 min 889 sərnişin, + 18,5 %) TOP-10-dan çıxıb.
Təkcə sentyabrda isə Azərbaycana hava nəqliyyatı ilə 326 min 477 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 29 % çoxdur.
O cümlədən, ötən ay Rusiyadan 94 min 958 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 34,1 % çoxdur.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?










