İKTA bayramda gücləndirilmiş rejimdə işləyəcək

Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində telekommunikasiya xidmətlərinin dayanıqlı və fasiləsiz təmin olunması məqsədilə Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) müvafiq tədbirlər həyata keçirir.
Avtosfer.az xəbər verir ki, agentlik telekommunikasiya operator və provayderlərinə bayram günlərində xidmət keyfiyyətinin qorunması və davamlılığının təmin edilməsi ilə bağlı tövsiyələr ünvanlayıb.
Bildirilib ki, bayram günlərində abunəçilərə fasiləsiz xidmət göstərilməsi, eləcə də yarana biləcək texniki nasazlıqlara operativ müdaxilə edilməsi məqsədilə növbətçi heyətlərin təşkili təmin olunmalıdır.
Eyni zamanda operator və provayderlərə şəbəkələrdə planlı dəyişiklik, modernizasiya və quraşdırma işlərinin (qəza halları istisna olmaqla) bayram günlərinə qədər yekunlaşdırılması tövsiyə edilib. Bayram günlərində yarana biləcək nasazlıqların qısa müddətdə aradan qaldırılması üçün isə zəruri texniki və təşkilati hazırlığın təmin olunmasının vacibliyi vurğulanıb.
Agentlik, həmçinin xidmətin dayanıqlığında yarana biləcək fasilələr barədə istifadəçilərin operativ və şəffaf şəkildə məlumatlandırılmasının əhəmiyyətini xüsusi qeyd edib.
Həyata keçirilən tədbirlər və gücləndirilmiş nəzarət mexanizmləri bayram günlərində istifadəçilərin fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin olunmasına xidmət edir. Vətəndaşlara tövsiyə olunur ki, bayram günlərində də internet telekommunikasiya xidmətləri ilə bağlı qarşılaşdıqları çətinliklərlə əlaqədar İKTA-nın “E-Şikayət” sistemi vasitəsilə müraciət etsinlər.
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












