İt-pişik saxlayanların DİQQƏTİNƏ! - Yeni qaydalar qüvvəyə mindi

Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları 2026-cı il mayın 4-dən qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, yaşayış (fərdi inşa edilmiş ayrıca bina istisna olmaqla), ictimai, inzibati və istehsalat binalarında sığınacaqların yaradılmasına yol verilməyəcək.
Sığınacaqlar epizootik cəhətdən sağlam olan ərazilərdə yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə saxlanılmalıdır.
Sığınacaqlar yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) aşağıdakı ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdiriləcək:
- avtomobil yollarından - 30 metr;
- fermalardan - 100 metr;
- su hövzələrindən - 100 metr;
- sənaye müəssisələrindən - 100 metr;
- yaşayış binalarından - 100 metr.
Tibbi müayinədən keçməyən, vərəmli xəstə, eləcə də bədənində irinli açıq yarası, qoturluğu olan, habelə yaşı 18-ə çatmayan şəxslərin heyvanlara xidmət etməsinə icazə verilməyəcək.
Sığınacaqda çalışan bütün işçilər heyvanlardan keçə biləcək xəstəliklərə qarşı peyvənd edilməli və heyvanların baxımı, təlimi və xəstəlikləri barədə baytarlıq mütəxəssisi tərəfindən məlumatlandırılmalıdırlar.
Sığınacaqda çalışan hər bir şəxs gigiyena qaydalarına ciddi riayət etməli, təmiz xüsusi geyimlə (xalat, önlük və s.) və fərdi mühafizə vasitələrilə (əlcək, maska, respirator, eynək) təmin edilməlidir. Hər bir heyvanda aparılan baytarlıq xidmətlərindən sonra əlcəklər yenilənməlidir.
Baytarlıq preparatlarının və yemlərin saxlanıldığı otaq və ya bölməyə işçi heyətindən başqa kənar şəxslərin girişinə icazə verilməməlidir./trend
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












