İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görüldü

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı ISO (International Organization for Standardization) beynəlxalq standartları üzrə beynəlxalq sertifikatlara layiq görülüb.
Avtosfer.az xəbər verir ki, ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi və ISO/IEC 27001:2022 İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri üzrə əldə olunan sertifikatlar ISO standartının tələblərinə uyğunluğu qiymətləndirmək məqsədilə aparılmış auditin nəticələri əsasında verilib.
Büronun fəaliyyəti qiymətləndirilərkən 3 əsas istiqamət müəyyən edilib:
• İcbari sığorta sektoru üçün mərkəzləşdirilmiş informasiya idarəetmə platformasının və rəqəmsal həllərin təmin edilməsi,
• Kompensasiya və subroqasiya fəaliyyətinin Qarantiya fondu çərçivəsində idarə olunması,
• Yaşıl kart sığortası əməliyyatlarının Yaşıl Kart Beynəlxalq Sığorta Sistemi çərçivəsində koordinasiyası.
ISO 9001:2015 standartı təşkilatlarda xidmət və proseslərin müştəri tələblərinə uyğun, ardıcıl və ölçülə bilən şəkildə idarə olunmasını təmin edən beynəlxalq keyfiyyət idarəetmə çərçivəsidir. Bu standart proses yanaşmasının tətbiqini, risklərin və imkanların müəyyən edilməsini, ölçmə və davamlı təkmilləşdirməni təşviq edir. ISO 9001-in tətbiqi nəticəsində təşkilatın idarəetmə səviyyəsi yüksəlir, daxili proseslər optimallaşdırılır və maraqlı tərəflərin məmnunluğu təmin olunur.
ISO/IEC 27001:2022 standartı isə informasiya resurslarının məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunmasını təmin etmək məqsədilə riskəsaslı yanaşma üzərində qurulmuş beynəlxalq informasiya təhlükəsizliyi idarəetmə sistemidir. Standart informasiya təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və uyğun nəzarət mexanizmlərinin tətbiqini tələb edir. ISO/IEC 27001-in tətbiqi kibertəhlükələrə qarşı davamlılığın artırılmasına, məlumatların qorunmasına və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə imkan yaradır.
Qeyd edək ki, ISO beynəlxalq standartları hazırda dünyada bir sıra mütərəqqi təşkilatlar və qurumlar tərəfindən tətbiq olunur. İcbari Sığorta Bürosunda ISO beynəlxalq standartlarınının tətbiqi “2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası”ndan irəli gələn əsas vəzifələrdən biridir. Büro beynəlxalq standartların tətbiqi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi








