İmtahan qrafiki bayramdan sonra açıqlanacaq

"Dövlət İmtahan Mərkəzi tərəfindən demək olar ki, hər il yeni növ imtahanlar təşkil olunur və bizim ümumilikdə imtahanların sayı artıq əlliyə yaxınlaşır”.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ilin yekunları ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, il ərzində demək olar, hər həftə müxtəlif kontingentə aid şəxslər üçün imtahan keçirilir: “İmtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən çoxdur. Bu il həmçinin Mərkəzin elektron imtahanlar korpusu istifadəyə verildi və biz kompüterlər vasitəsilə daha çox imtahan keçirməyə müvəffəq olduq”.
M.Abbaszadənin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən istifadə sayı da 12 milyon dəfədən çox olub: “Gələcək imtahan iştirakçılarına da yeni ildə zehin açıqlığı, uğurlar arzu edirəm. Bilirəm, hər birinizi 2025-ci ilin imtahan təqvimi maraqlandırır. Məlumat üçün bildirirəm ki, bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur”.
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir












