İranın Bəndər-Abbas limanındakı yanğın nəzarətə alındı

İranın cənubundakı Hörmüzqan əyalətində, Bəndər-Abbas limanında baş verən böyük yanğında alov nəzarət altına alınıb.
Avtosfer.az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın İrandakı səfirliyi xəbər verib.
Bildirilir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində yardım göstəriblər, fövqəladə vəziyyət rejimi milli səviyyədən regional səviyyəyə endirilib.
"Alov nəzarət altına alınıb, fövqəladə vəziyyət rejimi milli səviyyədən regional səviyyəyə endirilib. Demək olar ki, iş sona yaxınlaşır. Ümid edirik ki, xoşagəlməz sürprizlər olmayacaq", - deyə diplomatik missiyanın rəsmi məlumatında qeyd edilir.
Xatırladaq ki, aprelin 26-da Şəhid Rəcai limanında kimyəvi maddələr anbarında partlayış baş verib. Hadisə nəticəsində azı 70 nəfər həlak olub, 1.2 mindən çox insan xəsarət alıb. İran Daxili İşlər Nazirliyi hadisəni səhlənkarlıqla əlaqələndirir. İran tərəfi zərər çəkmiş ərazidə hərbi yüklərin olduğunu inkar edir.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












