İşdən çıxmasını istəyən ərini həbs etdirdi
Xəbərlər
1 Yanvar 2025 14:51

Qubada 45 yaşlı kişi arvadının şikayəti əsasında həbsə göndərilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ailə üzvləri arasında mübahisə E.Kərimovun arvadından işdən çıxmasını tələb etməsi ilə başlayıb.
O, sonradan sərxoş vəziyyətdə həyat yoldaşını küçədə nalayiq sözlərlə təhqir edib.
Səs-küyə gələn polis əməkdaşları E.Kərimovu şöbəyə aparıblar. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
İnzibati qaydada tutulan şəxs əməlindən peşman olduğunu dilə gətirib, yüngül tənbeh edilməsini istəyib.
Amma arvadı onu təhqir edən ərinə qarşı şikayətindən imtina etməyib. Hakimə ərinin onu dəfələrlə təhqir etdiyini deyib.
Məhkəmin qərarı ilə E.Kərimov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 5 günlük həbs edilib.
Oxunub : 804
DİGƏR XƏBƏRLƏR
1 Noyabr 2026 21:31
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
1 Noyabr 2026 18:48
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
31 Oktyabr 2026 21:47
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
31 Oktyabr 2026 20:50
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
31 Oktyabr 2026 19:15
Noyabrda 11 gün İŞ OLMAYACAQ
31 Oktyabr 2026 18:59
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
30 Oktyabr 2026 20:34
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
30 Oktyabr 2026 19:59
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
30 Oktyabr 2026 18:30
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
30 Oktyabr 2026 16:11
Bu xanıma yüksək vəzifə verildi - FOTO
30 Oktyabr 2026 13:33
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
30 Oktyabr 2026 10:36
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
ŞƏRH YAZ












