Jurnalist 80-lik yolda 75-lə radara düşüb? - FOTO

Bakıda jurnalist avtomobili ilə sürət həddi saatda 80 kilometr olan yolda 75-lə hərəkət etdiyi üçün cərimə olunub. Jurnalist Zülfüqar Xeyirxəbər ''facebook'' profilində yazıb ki, iyulun 31-də səhər saat 11:24-də sürət həddi saatda 80 km olan zolaqda 75 km saat sürətlə hərəkət etdiyimə görə 10 AZN cərimə olunub. ''Fotoda gördüyünzü burunu görünən ağ maşın yol polisidi. Arxadan çəkib. Sol zolaqla hərkət edən isə mənəm. Başa düşə bilmirəm mən, bu nə özbaşınalıqdı axı!? Qanunlara qarşı niyə belə hörmətsizlik edirlər? İş-gücümüzü atıb bunlarlamı uğraşmalıyıq biz!?''-deyə o yazıb.
Xatırladaq ki, bu kimi hallar ilk dəfə deyil baş verir. Bir müddət əvvəl oxuculardan biri saatda 120 kilometr olan yolda 119-la radara düşmüşdü. Məsələni polis araşdıracağını desə də, heç bir nəticə olmamışdı.
Avtosfer.az bildirir ki, həmin yolda tablolalara qədər olan hərəkət sürəti saatda 60 km-dir. Jurnalist isə iddia edir ki, 80-lik yolda 75-lə radara düşüb.
Criminal.az
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ















