Kostyum oğurlayıb ölkədən qaçan şəxs bəraət aldı - FOTO

33 il əvvəl Bakıda mağazadan bir ədəd şalvar və bir dəst kostyum oğurlayıb ölkədən qaçan şəxsin cinayət işinə indi xitam verilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi vəziyyətin dəyişməsi ilə bağlı belə qərar çıxarıb.
Sözügedən oğurluq cinayəti 1992-ci ilin martında baş verib.
Təqsirləndirilən Samir Kərimov (şərti ad-soyadlı) indiki Azadlıq prospektində yerləşən “Saburovo” yaradıcılıq istehsalat birliyinin mağazasını yararaq 251 rubl 37 qəpiklik bir ədəd kişi şalvarı və dəyəri 175 rubl 56 qəpik olan bir dəst qadın kostyumunu oğurlayaraq, ticarət obyektinə ümumilikdə 426 rubl 93 qəpik məbləğində maddi ziyan vurub.
Həmin vaxt məhkəmə gedişində azadlıqda olan Samir ölkədən qaçmağı bacarıb. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib.
20 il sonra Binəqədi Rayon Polis İdarəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevaya məktub göndərib ki, uzun müddətdir, icraatınızda olan iş üzrə təqsirləndirilən şəxsin Rusiyada olması müəyyən edilib. Amma müddət keçdiyi üçün axtarış qərarı ləğv edilib. Eyni RPİ-dən il yarım əvvəl məhkəməyə daxil olan məktubda da həmin şəxsin hələ də tutulmadığı bildirilib.
.jpg)
Ramella Allahverdiyeva təqaüdə çıxdığı üçün yekun iclası hakim Azad Məcidov keçirib.
İittihamdan görünür ki, cinayət nəticəsində dəymiş ziyanın məbləği 426 rubl 93 qəpik təşkil edir. Həmin məbləğ də indiki məzənnə ilə cəmi 42 manat edir.
Prokuror cinayətin üstündən 30 ildən çox vaxt keçdiyini, dəymiş ziyanın məbləğinin indiki pulla cüzi məbləğ təşkil etdiyini nəzərə alaraq ittihamdan bəraətverici əsasla imtina etdiyini bəyan edib.
Belə olan halda məhkəmə işi bitirib. Prokurorun ittihamdan imtina etməsi səbəbindən cinayət işinə xitam verilib. S.Kərimov barəsində 33 il əvvəl seçilmiş qiyabi həbs qərarı ləğv edilib.
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq











